Yeniyetmə Dövrünün Əhəmiyyəti
.....Yeni gənclik mərhələsinə dair bəzi görüşlər bu dövrü qarışıqlıqlar və böhranlarla dolu olaraq təyin itməkdədir. Şübhəsiz bu yaş dövrünə xas olmayan, fərdlərin bu mərhələdə zaman zaman sərgilədikləri mənfi xüsusiyyətlərin yayılmasının bir səbəbi də bu tip görüşlərdir. Digər səbəbləri isə mənfi ictimai güclərin bu gənc beyinlər üzərindəki ciddi təsiri, yetkinlərin özlərinə uşaq kimi davranmağa davam etmə meyli və - valideynlər başda olmaq üzrə - ümumi olaraq cəmiyyətdəki bir çox yetkinin sözləri ilə hərəkətləri arasındakı əsassızlıqları fərq etməyə başlamalarıdır.
Cəmiyyətdə mövcud mənfi təsirləri vurğulamaq yeni gənclərin bu təsirlərin öhdəsindən gələ bilməyəcəkləri mənasını verməz; əksinə, onlar bu təsirləri aradan qaldırmaqla kifayətlənməyib, yeni bir cəmiyyət qurmağa kömək edən fərdlər halına gəlmə potensialını daha o yaşdan içlərində saxlayırlar. Onların yeni qabiliyyətlərini insanlığa özünü düşünmədən xidmətə istiqamətləndirmək, bu səbəblə bu yaşda lazımlıdır.