top of page

Həzrət Əbdül-Bəha böyük

nəvəsi Şövqi Əfəndi ilə

Həzrət Şövqi Əfəndinin Planlaşma Xəritəsi göstərir ki, 1953-cü ildən etibarən Bəhai dini bütün dünyaya yayıldı.  Amerikadan və Kanadadan Bəhailər nur daşıyanlar kimi Allahın yeni mujdəsini (Müjdəsini) bəşəriyyətə çatdırdılar.

Həzrət Əbdül-Bəha böyük

nəvəsi Şövqi Əfəndi ilə

Həzrət Şövqi Əfəndi – Bəhai Dininin Mühafizi

 

Öz Vəhyinin birləşmiş bir dünya yaratmaq məqsədinə çatmasını təmin etmək və Bəhai İcmasının birliyini qorumaq üçün Həzrət Bəhaullah böyük Oğlu Həzrət Əbdül-Bəhanı Öz Əhdinin Mərkəzi təyin etdi və Ümumdünya Ədalət Evinin qurulmasına hökm verdi. Həzrət Əbdül-Bəha da, öz növbəsində, Ümumdünya Ədalət Evinin iş prinsiplərini müəyyən etdi və bəyan etdi ki, Onun vəfatından sonra bəhailər Onun böyük nəvəsi Şövqi Əfəndiyə üz tutsunlar və onu Bəhai dininin Mühafizi təyin etdi.  

 

Həm Ümumdünya Ədalət Evinə, həm də dinin Mühafizinə prinsiplərin tətbiqi, qanunların elan olunması, təsisatların qorunması, Bəhai dinini daim inkişaf edən cəmiyyətin tələblərinə uyğunlaşdırılması həvalə edilmişdir.  36 il ərzində qeyri-adi uzaqgörənlik, hikmət və sədaqətlə Şövqi Əfəndi, bütün insan nəslinin müxtəlifliyini əks etdirmək üçün Bəhai icmasını, o böyüdükcə onun inkişafını bəslədi, anlayışını dərinləşdirdi, birliyini möhkəmləndirdi.  

İcmanın işlərini idarə etmək üçün Həzrət Bəhaullahın müəyyən etdiyi misilsiz sistem Şövqi Əfəndinin rəhbərliyi altında bütün dünyada sürətlə inkişaf etdi. O, bəhai yazılarını ingilis dilinə çevirdi, Dinin Müqəddəs Torpaqda ruhani və inzibati mərkəzini qurdu və yazdığı minlərlə məktublarda bəşərin hərəkət etdiyi gələcək barədə həyəcanverici baxış verərək sivilizasiyanın ruhani boyutuna və ictimai-sosial dəyişikliyin dinamika-sına dərin anlayış verdi.

 

Onun nailiyətlərinin geniş diapazonu və rəhbərliyinin xarakteri qarşısında hamı heyrətə düşür, o rəhbərlik ki, o bir neçə adi insanda malik olduqlarını özlərinin də bilmədikləri güc və qabiliyyətləri üzə çıxardı.

--David Hofman, yazıçı və prodüser

 

Həzrət Şövqi Əfəndi
bottom of page