top of page

Vəhy Allah Aləmi, Peyğəmbər Aləmi və İnsan Aləmini birləşdirən yeganə vasitədir

Niyə Dua Oxuyruq?

 

......Vacib deyildir ki, dua sözlәrlә ifadә edilsin, vacib odur ki, o düşüncәlәrdә vә müraciәtlәrdә olsun. Әgәr dua oxu­mağa istәk vә mәhəbbәt yoxdursa, onları zorla oyatmaq faydasızdır. Mәhәbbәtsiz sözün heç bir әhәmiyyәti yoxdur. Әgәr hәrhansı bir şәxs sizinlә xoşagәlmәz mәcburiyyәt ilә danışırsa, sizinlә görüşdәn heç bir lәzzət vә ya mәhәbbәt duymursa, belә olan halda siz onunla söhbәt etmәk istәyәrdinizmi?”

 

Başqa bir söhbәtindә Hәzrәt Әbdül-Bәha buyurur:

 

“İbadәtin ucalığı ondadır ki, adamlar Allahdan qorxduq­larına vә ya Cәhәnnәmdәn dәhşәtә gәldiklәrinә, yaxud da Allahın vә ya Sәmanın mәrhәmәtinә ümid bәslәdiklәrinә görә deyil, Allaha olan mәhәbbәtlәri naminә dua edirlәr... İnsan baş­qasına olan mәhәbbәtin oduna alışıb yandığı zaman Sevgilisini xatırlamaqdan özünü saxlaya bilmәz. Allah eşqinә düşmüş adamın da Rәbbin adını çәkmәkdәn özünü saxlaması belәcә çәtindir... Ruhani hәyat sürәn adam üçün Allahı zikr etmәkdәn başqa heç nәdә sevinc yoxdur” 

bottom of page