İnsanlığın Yetkinlik Dövru
......İnsanlıq minlərlə ildir, dünya üzərində gerçək qardaşlığın olacağı, insanların "qılınclarını çəkiclə döyüb şum dəmiri edəcəkləri" və dünyanın "Rəbbin məlumatı ilə dolacağı" möhtəşəm bir günün xəyalını qurmuşdur. Həzrət Əbdül-Bəha o günü, "İnsanlığın birliyi bayrağının yüksələcəyi və beynəlxalq sülhün, gerçək səhər misalı bütün dünyanı işıq seli kimi işıqlandıracağı gün" olaraq təyin etmişdir.
Allah bəşəriyyətin istiqamətini təyin edir. Allahın Elçiləri şəxsən Özləri, Öz Zühurlarının gerçəyin yalnız qismi bir şərhi olduğunu açıqlayır. Çünki, Zühur ancaq o dövun tutumuyla məhduddur. Həzrət İsanın "Sizə daha söyləyəcəklərim var amma indi bunlara dözə bilməzsiniz," sözlərinin əks olunmasını Quran-i Kərimdə İlahi həqiqətin "Ancaq ehtiyaca görə, müəyyən ölçülərdə" verildiyini bəyan edən ifadəsində tapmaq mümkündür. Bagavat Gita isə belə yazir: "Mən gələrəm, gedərəm, sonra təkrar gələrəm. Ey Baharata! Düzgünlük azaldığında, pisliklər gücləndiyində, görünür bir bədənə yaxşılığı yerləşdirmək, pisliyi tərsinə çevirmək və ərdəmliliyi möhkəmləndirmək üçün dövrdən dövrə təkrar təkrar gələrəm." Dövrlər boyunca bütün dinlərin ardıcılları Allahın bələdçiliyinə dair daha geniş bir Zühur gözləmişlər; bütün bu gözləmələr Həzrət Bəhaullahın mesajı ilə gerçəkləşmişdir.
Bu dövrün tarixdəki əhəmiyyətindən bəhs edərkən Həzrət Bəhaullah belə buyurmuşdur, "Bu Gün, Allahın ən gözəl lütfü insanlar üzərinə səpələnəcəyi gündür. Bu Gün, Allahın ən böyük inayətinin bütün varlıqlara aşılandığı gündür." İnsanlığın inkişafı və sülh üçün lazımlı ilk addım bütün insanlıq aləminin birləşməsidir: "İnsanlığın səadəti, təhlükəsizlik və rahatlığı, insanlığın birliyi gerçəkləşmədikcə meydana gələ bilməz." Yalnız bütün insanlığın bir olduğuna dair şüurlu bir işıqlanma ilə keçmişdə ictimai nizamlara hakim olan qarşıdurma modelindən qopmaq və əməkdaşlıq edib birlikdə iş öyrənilməkdir. Qarşıdurmanı azaltmaq və yox etmək üçün yeni ictimai strukturlar inkişaf etdirilməlidir. Müştərək təhlükəsizlik prinsipinə bağlılıqla qlobal təşkilatlar, qaynaqların bərabər bir şəkildə paylanmağından əmin olmaq üçün birlikdə çalışılmalıdır. Belə bir mədəniyyətdə həm din, həm də elmdən əldə edilən daxili düşüncələr insanlığın rifahını irəlilətməyə təqdim edilməlidir. "Din və elm, insan anlayışının yüksəklərə uçmasını və insan ruhunun inkişafını təmin edən iki qanaddır." Həzrət Bəhaullahın yazılarında, nəzərdə tutulan dəyişikliklərin asanca əldə ediləcəyinə dair bir fikri dəstəkləyən hər hansı bir ifadə yoxdur. Bu yol bir çox nəsil boyunca nəzarət və yol boyunca bir çox böhran və maneə ilə qarşılaşacaqdır.
Qarışıqlıq nə qədər böyük olursa olsun, insanlığın irəlilədiyi dövr hər fərdə, hər təşkilata və hər cəmiyyətə bacarıqlarını və imkanlarını, insanlığın bu dünyadakı inkişafının tamamlanmasını ifadə edə bilən bir dünya qurmaqda istifadə etmələri üçün unikal imkanlar təqdim edəcək.
"İnsanın mövqesinin özündə mövcud olan xüsusiyyətlər, onun dünyadakı taleyinin gerçək ölçüsü, onun həqiqətinin mükəmməlliyi, Allahın bu vəd edilən günündə ortaya çıxacaq."