İlahi Kəlamların Birgə Öyrənilməsi
Dərnək - həftədə ən azı bir ya iki dəfə dərnək üzvlərinin bir araya gəlib bir neçə saat ərzində müxtəlif kitabların öyrənildiyi (bax: Daha yaxşı cəmiyyət qurmaqdan ötrü təlim proqramı) qrupdır. On beş yaşını keçmiş hər kəs, Bəhai olub –olmamasından asılı olmayaraq, bu dərnəkdə iştirak edə bilər. Dərnəkdə öyrənmə məsuliyyəti hər iştirakçının öz üzərindədir. Təlim prosesi təcrübəli aparıcıların iştirakı ilə 3-10 nəfərlik qruplarda kollektiv araşdırma-öyrənmə formasında həyata keçirilir. İştirakçılar bir yerə toplanır, materialı öyrənir və sitatlar üzərində birlikdə düşünürlər. Dərnək bir aparıcı tərəfindən istiqamətləndirilir və onun işi yalnız bu öyrənmə prosesini asanlaşdırmaqdır. Onun qrupda xüsusi bir mövqeyi yoxdur. Aparıcıların vəzifəsi həmçinin dərnək iştirakçılarının öyrənmə məsuliyyətini öz üzərlərinə götürmələri üçün təşviqedici bir mühit yaratmaqdır. Dərnək fərdlərin ruhani və əxlaqi güclənmələrinə yardımçı olan bir mühit yaratmalı, daha yaxşı bir cəmiyyəti qurmaqdan ötrü onlarda zəruri anlayış, İlahi məziyyətlər, ruhani baxış və əməli bacarıqları inkişaf etdirilməlidir. Burada təhsil mühazirəçi-dinləyici prinsipi ilə aparılmır. Öyrənmə prosesində həm aparıcı, həm iştirakçı öyrənir. Arapıcı sadəcə bu prosesi yönəldir və iştirakçıları sonrakı xidmətlərində müşayət edir. Silsilə kurslar ardıcıllığını tamamlayan hər iştirakçı belə dərnək yarada və aparıcı ola bilər.
Dinindən, etnik mənsubiyyətindən, ixtisasından və yaşından asılı olmayaraq cəmiyyətin rifahı və Yeni Sivilizasiyanın qurulması naminə xidmət etmək və öz ruhani keyfiyyətlərini kamilləşdirmək istəyən hər bir kəs bu təlimlərin iştirakçısı ola bilər.