top of page

Həqiqətin Müstəqil Axtarışı

....Həzrət Bəhaullah yazır:

"İnsanoğlu həqiqəti başqasının gözü ilə deyil, öz gözü ilə görməli, başqasının qulağı ilə deyil, öz qulağı ilə eşitməli və başqasının ağlı ilə deyil, öz ağlı ilə qəbul etməyə çalışmalıdır."

 

Əgər biz  həqiqətin axtarışında uğur qazanmaq istəyiriksə, onda mövhumatlardan və köhnəlmiş ənənələrdən əl çəkməliyik. Əgər bəşəriyyət sülh və ədalətli cəmiyyət yaratmaq istəyirsə hər cür irqi, etnik, milli, dini və ya sinfi təəssübkeşlikləri məhv etməlidir. Dünyadakı qarşıdurmaların əsas səbəblərindən biri insanların kor-koranə və araşdırmadan müxtəlif ənənə, baxış və fikirlərə bağlı olmasıdır. Bu da onları başqalarına qarşı dözümsüz edir və qarşıdurmalara yol açır. Həzrət Bəhaullah izah edir ki, insan irsi inamları və cəhaləti təqlid etməməlidir. İnsan həmçinin özünün son dərəcə haqlı, başqalarının isə səhv olması fikrindən də qəti imtina etməlidir. Kiminsə təhriki ilə ənənə, baxış və fikirləri kor-koranə qəbul etməklə müqayisədə həqiqətin sərbəst axtarışı insandan daha çox şey tələb edir. Həzrət Əbdül-Bəha yazır:

“Düşüncəsi sizin düşüncənizdən fərqli insanlara rast gələndə onlardan üz çevirməyin. Hamı həqiqəti axtarır, ona doğru gedən yollar müxtəlifdir. Mülahizələrdəki fərqlərə, düşün­cələrdəki fikir ayrılıqlarına imkan verməyin ki, sizi dostlarınızdan ayırsın və ya mübahisə yaratsın. Onun əvəzində səylə həqiqəti axtarın və bütün insanları öz dostlarınıza çevirin”

 

Əgər biz bunu başa düşsək, onda biz İlahi Həqiqət İşığının Allahın bütün Peyğəmbərlərində – Həzrət Krişnada, Həzrət Musada, Həzrət Zərdüştdə, Həzrət Buddada, Həzrət İsada, Həzrət Məhəmməddə, Həzrət Bab və Həzrət Bəhaullahda da şəfəq saçdığını görərik. Həzrət Bəhaullah yazır:

 

“Şübhə ola bilməz ki, dünyanın bütün xalqları, hansı irqdən və ya dindən olurlarsa – olsun, bir səmavi Mənbədən ilham alır, bir olan Allahın itaətindədirlər”

 

İnsanlar tərəfindən həqiqətin əsl axtarışı onların birliyinə gətirib çıxaracaqdır. Həzrət Əbdül-Bəha bu haqda deyir:

“Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.

 

bottom of page