Pak, Gözəl və Nurlu bir Ürəyə malik ol ki....
Pak, Gözəl və Nurlu bir Ürəyə malik ol ki....
Pak, Gözəl və Nurlu bir Ürəyə malik ol ki....
Əxlaqi Dəyərlər
Ruhani həyatımızın mərkəzində Allahın aləmlərində edəcəyimiz sonsuz səfərimizdə bizə dəstək olacaq ruhani xüsusiyyətlərin inkişaf etdirilməsi durur. Bu dünyada ruhani keyfiyyətləri inkişaf etdirməklə və davranışı saflaşdırmaqla insan öz Yaradanına yaxınlaşır və bəşəriyyətin maddi və ruhani tərəqqisinə öz köməyini göstərir.... davamı
İlahi Qanun
Bahai yazıları İlahi qanunların bir-birini tamamlayan iki istiqamətini müəyyən edir. Bunlardan birincisi Allahın bütün dinlərində həyat tapan, universal və dəyişməz ruhani qanunlardır. Digəri insanlığın ictimai və ruhani həyatını tənzimləməyə xidmət edən qanunlardır. Sonuncular dövrün xüsusi ehtiyaclarına və şərtlərinə görə dəyişir. Həzrət Əbdül-Bəha belə yazmışdır: "İnsan aləmində meydana gələn ən yüksək və ən əhəmiyyətli hadisə Allah Elçisidir və Allahın qanununun nazil olmasıdır." davamı
Sevgi və İrfan
Sevgi və İrfan düşüncələrimizdə və qəlblərimizdə böyüdükcə ruhani keyfiyyətlərimiz inkişaf edir. Bu zaman nəyin izzətə səbəb olduğunu və nəyin zillətə apardığını ayırd etmək bacarığımız davamlı şəkildə artar və fiziki kainat, insan, cəmiyyət və ruhun həyatı haqqında anlayışımızda irəliləyiş baş verir. Sevgi İrfan ilə böyüyər və həqiqi anlayış sevgi ilə inkişaf etdirilər. "Varlıq aləmində sevginin gücündən daha böyük bir güc yoxdur. İnsanın ürəyi sevgi atəşiylə yandığı zaman, o hər şeyi fəda etməyə hazır olur - hətta həyatını belə." davamı
Doğruçuluq, Etibarlılıq və Ədalət
Doğruçuluq yalan söyləməməkdən daha mühümdir. Bu daha güçlü, daha əhatəedici anlayışdır. O, doğru olanı ayırd etmək, onun dəyərini bilmək və onu müdafiə etməyi özündə cəmləşdirir. Bu anlayış fərdi və ictimai tərəqqi üçün həyatidir. Doğruçuluğu, etibarlılıq və ədaləti qazanmaq və inkişaf etdirmək üçün ruhani bir həyat yaşanmalı, davamlı səy göstərilməli, bu keyfiyyətlərin fikirlərimizdə və hərəkətlərimizdə hər an mövcud olmalarına əmin olmalıyıq… davamı
Təmiz Qəlblilik
İnsan ürəyi, ruhani keyfiyyətləri əks etdirən və İlahi atributları ortaya çıxara bilən bir güzgüdür. Bundan ötrü onun dünyanın tozundan və çirkindən davamlı təmizlənməsi lazımdır. Qəlblərimiz Həqiqət Günəşinin bütün işığını əks etdirməsindən ötrü cilalanmış güzgü tək təmiz və saf olmalıdır. Həzrət Bəhaullah buyurur: “Ey Ruh Oğlu! Mənim İlk nəsihətim budur: Pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əbədi, əzəli və qədim bir Səltənətə sahib olasan” davamı
Təvazökarlıq və Güvən
İnsanın xarakterini saflaşdırmaq səyləri qürur və üstünlük duyğularına yol açmamalıdır. Həzrət Bəhaullah buyurur: "Təvazökarlıq insanı izzət və əzəmət göylərinə çıxarar, məğrurluk isə zillət və alçaqlığın dibinə endirər."
“Özünü heç kimdən üstün görməməli, könül lövhəsindən qürur və iftixar izini silməli, səbr və dözüm göstərməli, sakitliyi çoxaldıb, boşboğazlıqdan çəkinməli." davamı
Pak, Gözəl və Nurlu bir Ürəyə malik ol ki....