Dinin Məqsədi
......Hər dəfə daha böyük və daha fərqli cəmiyyətləri və mədəniyyətləri bir araya gətirəcək universal qanunlar və təşkilati sistemlər meydana gətirir.
Beləliklə, Sivilizasiyayaratma prosesinin hərəkətverivi qüvvəsi və insanın inkişafının əsas amili kimi Dinin həm əxlaqı kamilləşdirmə və saflaşdırma imkanları, həm də ictimai əlaqələrə dərindən təsiretmə gücü vardır.
Bir-birinin ardınca gələn Allahın Elçilərinin bəşəriyyətə nazil etdikləri təlimlərdə "hər insanın bədəninə yeni bir ruh üfləyəcək gizli bir qüdrət var."Bu təlimlər, qəbul edildikdən sonra köhnə düşüncələr, anlayışlar alt-üst olur, inancın ən dərin səviyyələrində yeni anlayışlar bərqərar olur.
İlahi təlimlər "təmiz niyyətə, yüksək məqsədlərə, saflığa və ləkəsiz həyata, tükənməz bir nəzakət və şəfqətə, söz verdikləri zaman sözlərini tutmağa, digərlərinin hüquqlarına hörmət göstərməyə, comərdliyə, həyatın hər sahəsində ədalətə, xeyirxahlığın və insanlığın təhlükəsizliyinə və insanın xidmətində yorulmaq bilməz səyə" doğru yol göstərir.
Din eyni zamanda bütün cəmiyyətləri nizam və sabitliyə çatdıran birləşdirici gücü təmin edir və "bu dərəcədə böyük və dərin bir dəyişiklik" Allahın kəlamının nüfuzi ilə əldə olunur.
Heç bir daimi dəyişikliyə birlik və anlaşma olmadan çatmaq olmaz, "dostluğu və birliyi yaratmağın ən mükəmməl vasitəsi həqiqi dindir." Din, "bütün ürəkləri birləşdirməli, müharibələrin və münaqişələrin yer üzündən silinməsinə səbəb olmalı, ruhaniyyət doğurmalı və hər ürəyə həyat və işıq verməlidir."
Dinin ictimai nizam üçün zərurliyi, qanunlar və əxlaqa birbaşa təsiri isbat olmuşdur. Dinin çırağı sönəndə nəticə xaos və qarışıqlıqdır. Bu zaman "ədalət və insaf nuru qaralar, güvən və inanc günəşi işıq verməz."
Din adı altında insanlar arasında həyata keçirilən ayrılıqlar və qarşıdurmalar, dinin əsl təbiətinə və məqsədinə ziddir. "Əgər din nifrət və ayrılmaya səbəb olacaqsa, belə dinin olmaması daha yaxşıdır və belə bir dindən uzaqlaşmaq həqiqətən mömin bir hərəkət olardı" - deyə Həzrət Əbdül-Bəha yazmışdır. "Sevgi və birliyə səbəb olmayan bir din, nə olursa olsun, din deyil."