top of page

Həzrət Bəhaullah - İlahi Mürəbbi

 

Tarix boyunca, öz ardıcılarında pəhrizkarlıq, sədaqət və qəhrəmanlıq doğuraraq, insanın xasiyyətinin təkmilləşməsində əsas təkanverici gücü böyük dinlər təmin etmişlər. Sosial səviyyədə dinin əxlaqi prinsiplərinin əksəriyyəti ümumi qanunlar kodeksinə daxil edilərək insanlar arasındakı münasibətləri tənzimləmiş və yüksəltmişdir.

 

Hər dəfə Allahın Məzhəri zühur edəndə, insanlığın növbəti oyanışı və tərəqqisi üçün tam ölçüdə ilham dünyaya açılır. Bir insan varlığı – hər bir zahiri cəhətdən sadəcə bir insan – Allahın bir carçısı olmağa dəvət olunur. Biz Qırmızı Ağacın önündə dayanmış Həzrət Musanı, əncir ağacının altında Vəhy almış Həzrət Buddanı, göyərçin formasında Müqəddəs Ruhun nazil olduğu Həzrət Məsihi və ya Cəbrayılın nazil olduğu Həzrət Məhəmmədi xatırlayırıq.

 

XIX əsrin ortalarında, Allah Həzrət Bəhaullahı (adın mənası “Allahın cəlalı” deməkdir) dəvət etdi ki, insanlığa yeni Vəhyi çatdırsın. Qırx il ərzində Onun qələmindən minlərlə ayələr, məktublar və kitablar nazil oldu. Yazılarında O, insan həyatının həm ruhani, həm də maddi tərəflərini nəzərə alan ümumdünya sivilizasiyasının inkişafı üçün çərçivə verdi.

 

Mən heç vaxt dünyəvi rəhbərliyə can atmamışam. Mənim yeganə məqsədim Allahın Mənə əmr etdiklərini insanlara çatdırmaq olmuşdur...                             --Həzrət Bəhaullah

 

Həzrət Bəhaullah Allahın ən son müjdəsini insanlara gətirmək üçün qırx il zindan, işgəncə və sürgünə məruz qalmışdır. Bu gün Onun həyatı və missiyası planet boyunca daha da geniş tanınmaqdadır. Milyonlarla insan Onun təlimlərini dünyanın yaxşılaşması üçün öz həyatlarında və cəmiyyətlərinin həyatında tətbiq etməyi öyrənirlər.

 

“Bəhaullahın təlimləri bu gün bizə təqdim olunan dini təlimlərin ən yüksək və ən pak formasıdır...                                                                                    --Qraf Lev Tolstoy ( Rus yazıçısı)

 

bottom of page