top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7
Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11

Bir-birinə toxunmuş ilmələr

Bəhai Prinsipləri

 

Bəhailər inanırlar ki, Həzrət Bəhaullah yaşadığımız dövrün tələblərinə uyğun olaraq bütün dünyada sevgi, birlik və sülh mühitini təmin edəcək prinsiplər gətirmişdir. Bəhailər bu prinsiplər əsasında fərdi həyatlarını formalaşdırır və yaşadıqları cəmiyyət üçün faydalı vətəndaşlar olmağa səy göstərirlər.

 

Bəşəriyyətin Birliyi

Bəşəriyyət - hər növ, hər rəng və hər cür qoxulu çiçəklərin yan-yana yetişdiyi böyük bir bağa bənzədilə bilər. Məhz bu müxtəlifliyin sevinc gətirən təzadı ona gözəllik və heyranlıq gətirir. Musiqidə müxtəlif notlar mükəmməl bir akkordda birləşib gözəl musiqi yaratdığı kimi, bəşər ailəsindəki müxtəlifliklər də məhəbbət və harmoniyaya səbəb olmalıdır. Mövcud olmaq üçün birlik vacibdir. Bəhai Dininin təməl prinsiplərindən birincisi bütün Bəşəriyyətın Birliyidir. Həzrət Bəhaullah dünyanın bütün xalqlarını birləşdirmək modelini yaratmışdır... O, bəşəriyyətə belə səslənmişdir:

"Ey Dostlar! Birlik çadırı quruldu; bir birinizə yadlar kimi baxmayın. Hamınız bir ağacın meyvələri və bir budağın yarpaqlarısınız. Bir əlin barmaqları və bir bədənin üzvləri kimi olun. Vəhy Qələmi sizə belə öyüd-nəsihət verir"...                                                                   davamı

 

Dinlərin Mənşəyi Birdir

İlahi Dinlərin hamısı müxtəlif yerlərdə və vaxt­larda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Allahın Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim, Bəyan, Kitabi-Əqdəs və s.) isə bir İlahi Kitabın səhifələridir. Həzrət Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir...                                                   davamı

Qadın və Kişi Bərabərliyi

Bəhai dini təliminə görə qadın və kişi hüquq bərabərliyi Yeni Dünyanın qurulması üçün zəruri  ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani tərəqqisi mümkün olmayacaqdır. Qadın kişi bərabərliyi yalnız cəmiyyətin faydası üçün arzu edilən sosial-iqtisadi qayda deyildir. İnsanın yaradılışı ilə bağlı təməl prinsipdir. İnsanın mahiyyəti onun ruhudur və ruhun isə cinsiyyəti yoxdur. Həzrət Bəhaullah "Qadınlar və kişilər Allah nəzərində bərabər olmuşlar və hər zaman da bərabər olacaqlar" çağırışı qadın və kişi arasında heç bir fərqin olmadığını açıqca ifadə edir. Bu səbəbdən ruhani təməl kimi onsuz da var olan bərabərliyin...                   davamı

 

Din və Elmin Vəhdəti

Həzrət Bəhaullah öyrədir ki, dinlə elm arasında vəhdət mövcuddur. Həqiqi din və həqiqi elm bir-birinə zidd deyildir. Onlar həqiqətin bir-birini tamamlayan tərəfləridir. Belə ki, Allah dini insana tədricən aşkarlayır. İnsan isə öz dərrakəsinə arxalanaraq elmin sirlərini açır. Hər ikisi insana lazımdır. Din ruhani yüksəlişdə vacib köməkçidir. Elm isə maddi tərəqqi vasitəsidir. "Din və elm – insanın şüurunu yüksəkliyə qaldıran və insanın ruhunu inkişaf etdirən iki qanaddır. Bir qanadla uçmaq olmaz. İnsan əgər din qanadına söykənərək uçmağa cəhd edirsə, o sürətlə xurafat bataqlığına düşəcəkdir. Əgər o yalnız elm qanadında uçarsa, irəli getməyərək, materializmin qaranlıq bataqlığına düşəcəkdir."...                                   davamı

 

Həqiqətin Müstəqil Axtarışı

Hansı tərəfdən gəlməsindən asılı olmayaraq biz işığı sevməliyik. Biz hansı bağçada açılmasından asılı olmayaraq gülü sevməliyik. Biz hansı mənbədən olmasına baxmayaraq həqiqəti axtarmalıyıq. Bir çıraqdan gələn işığa bağlılıq bizə başqa tərəfdən gələn işığı qiymətləndirməyə mane ola bilər. Bir dinin zahiri forma və mərasimlərinə bağlılıq bizi başqa dinlərin həqiqətlərini başa düşməkdən məhrum edər. Allah insana həqiqəti görmək və doğrunu səhvdən ayırmaq üçün göz, qulaq və ağıl bəxş etmişdir. Bütün bunlar insanın həqiqəti sərbəst araşdırması üçündür...                                                                                       davamı

 

İqtisadi Çətinliklərin Ruhani Həlli

Bəhai dini yoxsulluğu aradan qaldırmaqdan ötrü iki prinsipi təklif edir: Ədalət və Birlik. Bu prinsiplərsiz bəşəriyyətin həqiqi maddi, mənəvi və mədəni tərəqqisi mümkün deyildir. Bәhai Tәlimi qlobal miqyasda iqtisadi münasibәtlәrdә islahatlar aparılmasının zәruri­liyini qәtiyyәtlә tәkid edir. Hәzrәt Әbdül-Bәha buyurur:  Yaşayış vәsaitlәrinin bölüşdürülmәsi elә aparılmalıdır ki, yoxsulluq vә ehtiyac yox olsun vә hәr bir kәs imkanı daxilindә, özünün biliyinә vә vәziyyәtinә uyğun şәkildә rahatlıqdan vә hәyat nemәtlәrindәn istifadә edә bilsin. Halbuki, bәzilәri hәddindәn artıq var-dövlәt sahibidir, digәrlәri isә yoxsulluğun son hәddindә yaşayır vә gündәlik çörәyә möhtacdır. Biri dәbdәbәli sarayda yaşayır, digәrinin isә yatmağa yeri dә yoxdur...                                                                                                                                   davamı 

 

Beynəlxalq Dilin Qəbulu

Əvvəlki dövrlərdə Bəşəriyyətin Birliyinə mane olan sədlərdən biri dillərin müxtəlifliyi idi. Beynəlxalq dillərin öyrənilməsi sayəsində bu çətinlik müəyyən dərəcədə aradan qaldırılmışdır və belə güman etməyə əsas da vardır ki, yaxın gələcəkdə bütün ölkələrdə hamının qəbul etdiyi bir beynəlxalq dilin tədrisinə ciddi yanaşmaqla bu sədd tamamilə aradan qaldırılacaqdır. Bu məsələ ilə bağlı Həzrət Bəhaullah yazır: “Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər. Bu işlər lazım və vacibdir.”...                               davamı

 

Ümumi İcbari Təhsil

Həzrət Bəhaullahın digər ən vacib göstərişi – ümumi icbari təhsilin zəruriliyidir; bütün kişi və qadınlar savadlı olmalıdırlar. Təhsilin inkişaf etdirilməsi bizim dövrün təxirəsalınmaz tələblərindən biridir. Əgər, təhsili özününün əsas məqsədi etməsə, heç bir millət firavan həyat tərzinə nail ola bilməz. Cəmiyyətdə tənəzzülün başlıca səbəbi savadsızlıqdır. Mövhumatlar və cəhalət çox vaxt biliksizlik səbəbindən törəyir və təhsilin yayılması onları insan mühitindən kənarlaş­dırmağa  kömək edir. Təhsil isə dövlətə və onun xalqına şərəf, firavanlıq, müstəqillik və azadlıq gətirir...                                                                                   davamı

 

Dünya Sülhünə Ehtiyac

Bəşəriyət yaranandan bəri irili-xırdalı minlərlə müharibələr və hərbi toqquşmalar baş vermişdir. Nəti­cədə milyonlarla insan həlak olmuş,  şəhərlər və kənd­lər viran qalmış, maddi və mənəvi sərvətlər məhv edilmiş, döv­lətlər, xalqlar, bütöv mədəniyyətlər tarixin səhifəsindən silin­mişdir. Sülh – işıqdır, müharibə - ölümdür. Hәzrәt Bәhaullah öyrәdir ki, әgәr biz Böyük Sülhə nail olmaq və tәrәqqi pil­lәlәri ilә inkişaf etmәk istәyiriksә, onda geriyә, rəqabət və mübarizənin hökm sürdüyü heyvanlar alә­minә deyil, Allahın birlik, әmin-amanlıq vә mәrhәmәt prin­siplәrinə üz tutmalıyıq...                                                                                 davamı

 

Siyasətə Qoşulmamaq, Dövlətə Sədaqət və İtaətkarlıq

Həzrət Şövqi Əfəndi bəhailəri “...siyasi işlərə və məsələlərə tamamilə qarışmamağa” çağırır. Bu prinsipə görə, Həzrət Bəhaullahın ardıcılları – fərdi möminlər, eləcə də bütün icmalar – yerli və milli – birbaşa və ya dolayı, dövlət siyasətində iştirak kimi qiymətləndirilə biləcək istənilən fəaliyyətdən yayınmalıdırlar. Onlar öz dövlətlərinin siyasi səylərindən, hökumətlərinin siyasətindən, partiya və qrupların plan və proqramlarından kənar olmalı, onları nə sözlə, nə də əməllə müdafiə etməlidirlər. Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdır, “çünki bütün bunlar bəhailərin yaratmalı və möhkəmləndirməli olduqları Ümumdünya Qardaşlığının ali maraqlarına ziddir”...                                                                                                                         davamı

bottom of page